Şəkidə minik avtomobili aşıb.

Heftelik.az -ın məlumatına görə, hadisə rayonun Çələbixan qəsəbəsi ərazisində baş verib.

Rayonun Qudula kənd sakini, 48 yaşlı Telman Nəcməddin oğlu İsaqovun idarə etdiyi “VAZ 21000” markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü T. İsaqov və onun sərnişini 49 yaşlı Elçin İdris oğlu İbrahimxəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.