mahkama
Saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və ya satma iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, saxta aksiz markası ilə markalanmış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə edən, saxlayan və ya satan şəxs həmin malların digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur.