Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, Qaryağdı Allahverdiyev həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.