Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Vüqar Mülayimov idarə etdiyi “Opel Zafira” markalı avtomobillə Şəki rayon istiqamətdə hərəkət edən zaman idarəetməni itirirək yolun kənarında ağaca çırpılıb.

Nəticədə avtomobil aşıb, sürücü hadisə yerində ölüb.

Araşdırma aparılır.