ks
Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.
Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü-özünə etiraz təmin olunduqda, iş həmin məhkəməyə, başqa tərkibə verilir.
Apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə, bu halda iş kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya instansiya məhkəməsinə verilir.