Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun əlindən alınmış əmlakı özünə qaytarılıb.
Heftelik.az-ın əldə etdiyi xəbərə görə, söhbət Naxçıvanda “57 bazarı” kimi tanınan ərazidə yerləşən bir neçə obyektdən gedir.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs olunub.
Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən qüvvədə saxlayıb.