Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov regiona gəlib.
Heftelik.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu gün İrəvanda Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.
Görüş zamanı tərəflər regiondakı əməliyyat vəziyyətini və problemləri müzakirə ediblər.
Həmçinin sülhməramlıların Qarabağdakı fəaliyyətinin səmərəliliyinin artırılmasından danışılıb.
Müzakirə zamanı üçtərəfli bəyanatların yerinə yetirilməsinin vacibliyi vurğulanıb və Laçın yolundakı vəziyyət müzakirə olunub.