Ermənistanın keçmiş müdafiə naziri və müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan barədə araşdırmanın nəticələri Antikorrupsiya Məhkəməsinə göndərilib.
Heftelik.az Ermənistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, Ohanyanla yanaşı, daha 12 nəfərə qarşı ittiham irəli sürülüb.
Xatırladaq ki, cinayət işində keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturyanın adı da hallanır.