Qızılca ilə bağlı ölkəmizdəki vəziyyət nəzarət altındadır.
Heftelik.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, qonşu ölkələrdən yoluxma ilə bağlı xəbərlər eşidilir:
“Bunun səbəbi bəzi ölkələrdə vaksinə əlçatanlıqla bağlı problemin olmasıdır. Bizdə isə vaksinlə bağlı hansısa problem yaşanmır”.