Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Tərtərdə 3 nəfərin mina partlayışı nəticəsində həlak olması ilə bağlı tədbir keçirib.
Heftelik.az xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının sədri Azay Quliyev və digər QHT rəhbərləri çıxış edib.
Azay Quliyev deyib ki, mülki əhaliyə qarşı bu cür amansızlıq yolverilməzdir. Bu hərəkətlər üçtərəfli bəyanatların müddəalarını kobud şəkildə pozur.
Tədbirdə Azərbaycan QHT-ləri tərəfindən Ermənistan Respublikasının mülki azərbaycanlılara qarşı törətdiyi mina terrorunun davamı ilə bağlı beynəlxalq ictimaiyyətə bəyanat ünvanlanıb.