Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyası saat 18.00-dan müvəqqəti dayandırılıb.

Heftelik.az-ın məlumatına görə, Laçın-Xankəndi yolunda aksiya keçirən ekofəllar bir neçə gün ərzində ərazini hissə-hissə tərk edəcəklər.

Onların təhlükəsizliyi polis tərəfindən təmin edilir.

Növbəti günlərdə ərazidə ağacların əkilməsi də nəzərdə tutulur.