Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən Heftelik.az-a verilən məlumata görə, “VAZ-2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq aşıb.

Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub.

Fövqəladə Hallar Nazirliyinin  xüsusi riskli xilasetmə xidməti isə həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

Faktla bağlı araşdırma aparılır.