Xalq artisti Aftandil İsrafilov II Fəxri xiyabanda dəfn olunub.

Heftelik.az-ın məlumatına görə, mərhumla əvvəlcə Heydər Məscidində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, media mənsubları iştirak edib.

Vida mərasimindən sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn edilib.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.