Bakıda avtomobil azyaşlını vuraraq öldürüb.
Heftelik.az xəbər verir ki, aprelin 29-da saat 23:30 radələrində 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu özünə məxsus olan, sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Volkswagen” markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub.
Azyaşlı aldığı xəsarətlərdən sonra dərhal “Sabunçu Tibb Mərkəzi”nə aparılıb, lakin göstərilən tibbi yardımlara baxmayaraq, İbrahim Məmmədov tibb müəssisəsində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.