Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması ilə əlaqədar əməllərin qarşısını almaması dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bunu Heftelik.az-a vəkil Elməddin Məhərrəmov bildirib.
Bu, Cinayət Məcəlləsinin 189.1-4-cü maddəsində yer alıb.