Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozmaya görə cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, qiymətli kağızların emissiya prospektinə (informasiya memorandumuna) bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatların daxil edilməsi, həmçinin bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edilməsi və ya bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən qiymətli kağızların emissiyası və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.