Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma əməli külli miqdarda ziyan vurmaqla törədildikdə tətbiq olunan cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma əməli külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.