Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozmaya görə cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.