İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma əməlləri təkrar törədildikdə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə vəэ xeyli miqdarda ziyan vurduqda və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə  üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bunu Heftelik.az-a vəkil Elməddin Məhərrəmov bildirib.

Bu, Cinayət Məcəlləsinin 199.2-ci maddəsində yer alıb.

Bu zaman “xeyli miqdar” dedikdə on min manatdan əlli min manatadək olan məbləğ başa düşülür.