Qanuni sahibkarlıq fəaliyyətinə mane olmaya görə cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Bu halda “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür.