Baytarlıq qaydalarını pozma cinayət məsuliyyəti yaradır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya digər ağır nəticələrə səbəb olduqda üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.