Kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmaması dövlətin milli təhlükəsizliyi və maraqlarına zərər vurduqda tətbiq edilən cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmaması dövlətin milli təhlükəsizliyi və maraqlarına zərər vurduqda üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.