Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Sprinter” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub. Zərbənin təsirindən “KamAZ” aşıb. Hadisə zamanı 8 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.