Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər.

Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri bu Məcəllənin 69.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə – fiziki şəxsin nümayəndəsi onun yaxın qohumuna və ya vəkilə tapşıra bilərlər.