Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.