Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda tətbiq edilən cəzalar açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.