Tərcüməçi proses iştirakçıları tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə bilməzlər.
Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə borcludur. Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün proses iştirakçılarına suallar verməyə haqlıdır. Tərcüməçi bilə-bilə yanlış tərcüməyə görə cinayət məsuliyyəti daşıyır.