Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb.

Heftelik.az-ın məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bunu NTV telekanalına  müsahibəsində bildirib.

Nazir deyib ki, Ermənistanın üçüncü ölkəklərə uçuşları üçün hava məkanı bağlanıb.

Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatına İrəvanda abidə ucaldılması qəbuledilməzdir.

Nazir əlavə edib ki, hava məkanının qapadılmasından başqa da nə lazım olsa, onu edəcəklər.