Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Vaşinqtonda aparılan ikitərəfli danışıqlar bu gün başa çatır.

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, Corc Şultz Milli Xarici İşlər Təlim Mərkəzində keçirilən 4 günlük müzakirələrin bağlanış sessiyasında ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.