Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:
– şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi pozuntularından istifadə etməklə törədildikdə;
– mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.