İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), bu malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixrac olunmasına görə cəzalar müəyyənləşib.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), bu malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixrac olunması bir ildən iki ilədək müddətə islah işləri və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.