Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etməyə görə cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.