Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:
– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
– təkrar törədildikdə;
– şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
– həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunan əməllər;
– mütəşəkkil dəstə tərəfindən törədildikdə;
– həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.