Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Bakıdan yola salınıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Tvitter“də yazıb.
Qeyd olunub ki, Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının 5-6-7 may tarixlərində 3 məntəqədə seçki qutularına atdıqları bülletenlər bu gün Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) təhvil verilib.
“Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, – diplomat əlavə edib.