“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar qəbul edib.
Qərar əsasən, “Azərterminalkompleks” Birliyinə yeni hüquq verilib.
Beləliklə, birlik qanunla müəyyən edilmiş hallarda qeyri-hökumət təşkilatlarına nağdsız qaydada maliyyə yardımları ayıracaq.