Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib.

Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə göstərmək üçün edib: “Amma onlar səmimi olmadıqlarını bir daha göstərdilər… Bizim Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin (“Nemezis” – red.) ucaldılmasını qəbul edə bilmərik”.

Nazir əlavə edib ki, Türkiyə tərəfi heykəlin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələyə dair Ermənistana qarşı yeni addımlar atacaq.