Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına görə cərimələr var.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni:
– mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına;
– yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə;
– yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə –
vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.