Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.
Heftelik.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən (DİN) mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə DİO-dan xaric edilib.
Faktla bağlı araşdırma aparılır.
Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, intihar edən 28 yaşlı Məhərrəm Hüseynov sevdiyi qıza görə intihar edib. Belə ki, M. Hüseynov sevdiyi qızın ona verilməməsi səbəbindən həyatına qəsd edib.