“Xalqımız Heydər Əliyevin xatirəsini hər zaman yüksək tutub”.
Heftelik.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib.
Əli Əhmədov deyib ki, Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları artıq işğaldan azad edilib. Azərbaycan Heydər Əliyevin yaratdığı bünövrə üzərində uğurla inkişaf edir”.