“Heydər Əliyev İli” çərçivəsində Lənkəran şəhəri Boranı restoranında Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin, əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun, deputat Rüfət Quliyevin və “Boranı” restoranlar şəbəkəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, şəhid ailə üzvləri və qazilər görüşdə iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib.
Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Rüfət Quliyev ümumilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən söhbət açıb. Heydər Əliyev ideaları əsasında dinamik inkişaf edən, qüdrətli və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nəaliyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Lənkəran rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun təbrikləri tədbir iştirakçılarına çatdırıldı, sonra isə Boranı restoranının rəhbərliyi tədbir iştirakçılarını salamlayıblar. Sonda rayonun ictimai siyasi fəallarının çıxışları oldu.
Daha sonra deputat ofisində Rüfət Quliyev veteran və qazilərlə görüş keçirib. Görüş zamanı deputat Rüfət Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edərək onun zəngin irsinin və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğunu bildirib. Daha sonra deputat Rüfət Quliyev vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Qəbul zamanı iştirakçıların səsləndirdikləri məsələlər nəzarətə götürülüb, eyni zamanda deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb. Qəbulda iştirak edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Meriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.