Xarici İşlər Nazirliyi Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib.
Heftelik.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
“Anadan olmasının 100-cü ildönümünü ehtiram ilə qeyd etdiyimiz, ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan var olduqca əbədi yaşayacaq. Qürur mənbəyimiz Ümummilli Liderimizi dərin minnətdarlıqla anırıq”, – deyə qeyd olunub.