Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən,  damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni:

– dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına;

– mənşəyi bəlli olmayan, müvafiq tələblərə uyğun gəlməyən damazlıq törədici heyvanlardan istifadə edilməsinə;

– damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud damazlıq ehtiyatlarının sınağı və ekspertizasında bilərəkdən təhrifə yol verilməsinə;

– uçot-hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə;

– cinslərin rayonlaşmasına əməl edilməməsinə;

– yerli heyvan genofonduna ziyan vurulmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.