Milli Məclisə “Kosmik fəaliyyət haqqında” qanun layihəsi daxil olub.

Heftelik.az məlumatına görə, qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.

Qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir.

Qanun qəbul olunacağı təqdirdə  Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyəcək.

Qəbul ediləcəyi təqdirdə bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.