Naxçıvan Muxtar Respublikasında 20 il əvvəl bacısını qətlə yetirib, meyitini basdıran şəxs tutulub.
DİN-in mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb, həyətyanı sahədə basdırması müəyyən edilib.
Məlumata görə, E. Tarverdiyev tutularaq istintaqa təhvil verilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.