“Prezident İlham Əliyevə əfv sərəncamına görə təşəkkür edirik. Heydər Əliyev yolu hər zaman humanizmin tərəfdarı olub”.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bəzi partiyalar, xaricdə olan bəzi bloggerlər bu əfvin üzərinə kölgə salmağa çalışır: “800-dən çox insan əfv olunub, AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir. Azərbaycanın bu qədər vətəndaşının azadlığa çıxması bir tərəfdə qalıb, hüquq-mühafizə orqanında işləmiş, rüşvət üstündə tutulub, çıxıb özünü hüquq müdafiəçisi elan edən bir neçə nəfər əfv sərəncamına kölgə salmağa çalışır”.