id

Təqdirəlayiq hadisədir ki, insan alveri sahəsində qlobal indeks və reytinqlərdə Azərbaycan bu cinayətkarlıqla mübarizənin dəyərləndirilməsində ardıcıl olaraq irəliləyən indikatorlara malikdir.

Heftelik.az-ın məlumatına  görə, bunu bu gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədrim Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, Qlobal Mütəşəkkil Cinayətkarlıqla bağlı beynəlxalq indeksində (Global Organised Crime İndex) qonşu dövlətlər – İran və  MDB-dən bir çox ölkələr arzuolunmaz sıralarda yer alsa da, Azərbaycan orada yoxdur: “Yaxud, Uşaq alveri ilə bağlı — Child Trafficking by Country 2023–son qlobal indexdə də vəzyyət ürəkaçandır. BMT-nin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) 2009-cu ildən başlayaraq, “İnsan Alverinə dair Qlobal Hesabat”- “Global Report on Trafficking in Persons”lar hazırlayır. Ötən 2022-ci illə bağlı son Hesabatda Ermənistanın bu sahədə görülən işlərlə bağlı səhifəsi demək olar ki, boş qalıb. Qeyd edilib ki,   2017-2020-ci illər arasında Ermənistan hakimiyyəti tərəfindən insan alveri ilə bağlı araşdırma və ya təqiblər barədə heç bir məlumat verilməyib. 2017-2020-ci illər arasında Ermənistan hakimiyyəti tərəfindən insan alveri qurbanları barədə heç bir məlumat verilməyib. Digər tərəfdən, İnsan Alverinə dair Qlobal Hesabat da xüsusi olaraq vurğulanır ki, müharibə və münaqişənin insan alverçilərinə çeşidli istismar imkanları yaradır. Hazırda gedən   Ukraynadakı müharibə məcburi köçkünlər üçün insan alveri riskini artırıb. Münaqişələr nəticəsində yaranan qurbanların əksəriyyəti Afrika və Yaxın Şərq ölkələrindən gəlir və insan alverinə məruz qalır.   Bu o deməkdir ki, Azərbaycan Vətən müharibəsində  Zəfər qazanmaqla dünyanın ən uzunmüddətli münaqişəsinə son qoymaqla, həm regionda və dünyada insan alveri ilə mübarizəyə çox böyük töhfələr verib”.