Hacıqabulda yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai” markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün 16 yaşlı qızı hadisə yerində ölüb. Sürücü Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.