Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.