Bu halda 15 il həbs var

15 May 2023, 16:00

Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə, silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə, təkrar törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, həmin əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.