Sabah sərin hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, mayın 16-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü müsbət amil olsa da, rütubətli və müvsümə görə bir qədər sərin hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.